İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırış | 1news.az | Xəbərlər
Siyasət

İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırış

Qafar Ağayev11:02 - 02 / 05 / 2024
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırış

Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı barədə bəyanat yayıb.

İcmadan 1news.az-a daxil olan bəyanatda bildirilib ki, hesabatda Azərbaycana dair hissə tamamilə qeyri-obyektiv və əsassızdır.

"Hesabatda Azərbaycan ilə bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur.

Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar", - bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, komissiya, ümumiyyətlə, Ermənistanı izləmir və bu ölkə haqqında hesabat dərc etmir. Belə çıxır ki, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.

"Qərbi Azərbaycan İcması həmin hesabatı rədd edir və ABŞ Dövlət Departamentini və Konqresini mənasız vasitələrlə Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır. İcma ABŞ hökumətindən dini azadlıq sahəsində real problemlə - Ermənistanda dağıdılmış Azərbaycan dini irsi məsələsi ilə məşğul olmağı, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərməyi tələb edir", - deyə İcmanın bəyanatında vurğulanıb.

Paylaş:
153

Son xəbərlər

Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19
Bütün xəbərlər